Bakıda gənc qız bıçaqlandı

Bakının Xətai rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, münaqişə zəminində 25 yaşlı Zəhra (soyadı dəqiqləşdirilir – red) bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.