Bakıda gecə klubunda kütləvi dava: 4 qadın yaralandı

Bakının Səbail rayonunda klubda dava düşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Torqovı kimi tanınan ərazidə baş verib.

“Hiss” klub kimi adlanan iaşə obyektində 1989-cu il təvəllüdlü E.A və onun üç rəfiqəsi döyülərək xəsarət alıblar.

Onlardan E.A-nın vəziyyəti nisbətən ağırdır.