Bakıda “Formula 2”-nin əsas yarışı başa çatdı – Yeniləndi

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisində Formula 2-nin əsas yarışı başa çatıb.

29 dövrənin tamamında “Prema Racing”in pilotu Oliver Bearman bütün rəqiblərini geridə qoyub.

“Rodin Carlin”dən Enzo Fittipaldi ikinci, “Art Grand Prix”dən Teo Purşer üçüncü olub.

İsak Hacar uzun müddət lider olsa da, bunu sonadək davam etdirə bilməyib.

“Formula 2” üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar.

Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev iştirak ediblər.

Qeyd edək ki, “Formula 1”-də əsas yarış saat 15:00-da başlayacaq.

***

Bakıda təşkil olunan “Formula 2” üzrə Azərbaycan Qran-prisinin əsas yarışında 20 dövrə tamamlanıb. 

“Hitech” komandasının pilotu İsak Hacar liderliyini davam etdirir

***

Bakıda təşkil olunan “Formula 2” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Globalinfo.az xəbər verir ki, 29 dövrədən ibarət mübarizə saat 11:25-də start götürüb.

Sıralama turunda “Prema Racing”in pilotu Oliver Bearman ən yaxşı nəticəni göstərmişdi. “Rodin Carlin”dən Enzo Fittipaldi ikinci, “Art Grand Prix”dən Teo Purşer üçüncü olmuşdu.

Qeyd edək ki, “Formula 1″də əsas yarış saat 15:00-da başlayacaq.