Bakıda evlər və torpaq bahalaşacaq – VİDEO

Təsdiq olunmuş yeni Baş Plana əsasən, şəhərin mərkəz hissələrində sıxlığı azaltmaq üçün mərkəzlər və iqtisadi zonalar yaradılacaq.

Globalinfo.az bildirir ki, Qala qəsəbəsində və Xocasən gölü ətrafında dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi salınacaq.

Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi də qurulacaq.

Bəs, bu amil həmin ərazilərdə torpaq sahələri və əmlak bazarındakı qiymətlərə necə təsir göstərəcək?

Ekspertlərin sözünə görə, bəzi müəssisələrin paytaxtın mərkəzindən köçürülməsi həmin ərazilərdəki əmlak qiymətlərinə də təsirsiz ötüşməyəcək.

Ətraflı “Xəzər Xəbər”in süjetində: