Bakıda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Globalinfo.az xəbər verir ki, hadisə Suraxanı rayonu Zığ qəsəbəsi Xanlar küçəsi 80 ünvanının qarşısında baş verib. Həmin ünvanda yaşayan 53 yaşlı Elmar Əmirov ehtiyatsızlıqdan yıxılıb və başı sərt örtüyə çrpılıb. Ağır kəllə-beyin xəsarəti alan şəxs xəstəxanaya aparılıb.
Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, o vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Malik
Globalinfo.az