“Medi Hall” hospitalla bağlı səlahiyyətimizə aid olan bütün məsələlər Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzi tərəfindən ciddi araşdırılır.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.
***11:41
Şəxsin “MediHall Hospital’”da ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
“Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək”, məlumatda deyilir.
***11:16
Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.
Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.