duman baki

Hazırda Bakı və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Qeyd olunub ki, dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Paylaş: