Bakıda dəhşətli intihar – Özünü zəhərləyib öldürdü

Bakı şəhərində intihar hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində baş verib. Həmin küçədə yaşayan 1968-ci il təvəllüdlü Elman Məhəmməd oğlu Məmmədov mənzildə sirkə turşusu içərək özünü zəhərləyib. O, ağır halda xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib. Lakin E.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq mühafizə orqanları E.Məmmədovun həyatına niyə qəsd etməsini araşdırılır.

Globalinfo.az,
Xəbər xidməti