Xırdalanda qadını bıçaqla hədələyən şəxs saxlanıldı – VİDEO

Abşeron rayonu Xırdalan şəhərində küçədə qadını bıçaqla hədələyən şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, artıq həmin şəxs ərazidə xidmət aparan Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq müvafiq polis orqanına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***15:55

Xırdalan şəhərində əlibıçaqlı naməlum şəxs həyət evlərindən birinə daxil olaraq qadını girov götürüb.

Globalinfo.az xəbər verir ki, hadisə yerində olan şəxslərin dediyinə görə, özünü xanımın əri kimi qələmə verən əlibıçaqlı şəxs onu ayaqyalın evdən sürüyərək çıxardıb.

Verilən məlumata görə, şəxs narkotik maddənin təsirində olub və ətrafdakı insanların çağırışlarına aqressiv şəkildə cavab verərək qadına xəsarət yetirməklə təhdid edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qaynat Xəttinə məlumatdan qısa vaxt sonra polislər hadisə yerinə gəlib şəxs zərərsizləşdirilib.

Turan Rzayev
Globalinfo.az