WhatsApp Image 2026 04 06 at 15.52.18

***15:56

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, qəza aprelin 3-də Xətai rayonunun Mingəçevir küçəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, səbəb yol kənarında dayanmış “VAZ” markalı avtomobilin əl əyləcinin açılması olub:

“3 qadın övladlarını məktəbə ötürüb qayıdırdı. Maşın üzüaşağı hərəkət edən zaman onlardan ikisi kənara çəkilə bildi, biri isə bacarmadı. Qadın zərblə ağaca sıxıldığından yerindəcə keçindi”.

Globalinfo.az hadisənin təfərrüatı ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb.

WhatsApp Image 2026 04 06 at 15.56.54 ffff

Ləman İmran
Globalinfo.az 

Paylaş: