Bakıda dəhşət: iki nəfər qatarın altında qalıb öldü

demiryolu 13

Elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfəri vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.

“Dünən saat 22:15-də ADY-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər şəxs qəfil qatarın qarşısına çıxıb.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.

Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağırılsa da, hər iki şəxs aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişib”, məlumatda deyilir.

ADY çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi ciddi tövsiyə edib.