Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Bakıda ucaldılacaq abidəsi quraşdırılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir, abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şossesinin kəsişməsindəki parka gətirilib.

Abidənin yaxın günlərdə təntənəli açılış mərasiminin olması gözlənilir.