yol 1

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Globalinfo.az-a verilən xəbərə görə, aşağıdakı yollarda sıxlıq müşahidə olunur:

Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

– Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

– Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

– Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

– Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

– Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;

– Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

– Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

– Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;

– Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “Qara Qarayev” metro stansiyası istiqamətində.

Paylaş: