Azərbaycanda 105 illik qəzet tarix olmaq üzrədir…

1639216402 1639127446 qezettv

“Bakinskiy rabochiy” qəzetinin gündəlik çapı dayandırılır.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, qəzet may ayı ərzində həftəlik çapa keçəcək.

Həmçinin, iddialara görə, mətbuat orqanının əməkdaşları maliyyə durğunluğu ilə əlaqədar 6 aydır ki, əməkhaqlarını ala bilmirlər.

Məsələni dəqiqləşdirmək üçün qəzetin baş redaktoru İlqar Hüseynovla əlaqə saxladıq. Ancaq İ.Hüseynov sualımıza cavab verməkdən yayınaraq, telefonu qapatdı.

Qeyd edək ki, Azərbaycanda rus dilində çıxan qəzet ​1920-ci il noyabrın 7-dən “Bakinskiy rabochiy” adlı ilə çap olunur.