Bakıda bu məktəb sökülür – Rəsmi

Bakının Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbin binası söküləcək.

Globalinfo.az-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 57 nömrəli tam orta məktəbin binasının sökülərək yenidən tikintisi planlaşdırılır.

“Hazırda 57 nömrəli tam orta məktəbdə 906 şagird təhsil alır. Onlardan 557 şagirdin 291 nömrəli Ekologiya liseyinin bir korpusunda, 349 şagirdin isə 178 nömrəli tam orta məktəbdə yerləşdirilməsi nəzərdə tutulur”, – məlumatda qeyd olunub.