sbs

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Cəlil Məmmədquluzadə küçəsindən keçən su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə hazırda qazıntı işlərinə başlanılıb.

Su xəttinin təmiri və bərpası istiqamətində işlər görülməkdədir.

570fbefc ff51 4735 8689 189bb1c314e0

***14:24

Bakı şəhəri, Nəsimi rayonu ərazisində su xəttində baş verən qəza ilə bağlı müvafiq sukanal idarəsi məlumatlıdır.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, qazıntı işlərinin aparılması üçün müvafiq quruma müraciət olunub.

X X X

Bakı şəhəri, Nəsimi rayonu ərazisində boru partlayıb.

Globalinfo.az-ın məlumatına görə, Oxu.Az xəbər verir ki, bu səbəbdən Cəlil Məmmədquluzadə və Salatın Əsgərova küçələrinin kəsişməsindəki yol sudan keçilməz vəziyyətə düşüb.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.

Ərazidən görüntüləri təqdim edirik:

Paylaş: