Bakıda binanın zirzəmisindən 8 kq marixuana tapıldı

Bakının Qaradağ rayonunda yaşayış binanın zirzəmisindən marixuana aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən məlumat verilib.

Qeyd olunub ki, ötən gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Emin Müşfiq oğlu Vəliyevə məxsus ümumi çəkisi 8 kiloqram 300 qram olan qurudulmuş marixuana Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış binasının zirzəmisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.