v 71

Sentyabrın 24-də saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, R.Behbudov küçəsi ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən məlumat verilib.

    Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə ilkin tibbi yardım göstərilib, 1 nəfərin hospitalizasiyadan imtinası qeydə alınıb, 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.

    Zəruri tibbi xidmət göstərilən şəxlər ambulator müalicə üçün evə buraxılıb”, məlumatda deyilir.

    ***10:22

    Bakıda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

    Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyin qüvvələri tərəfindən Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

    ***09:38

    Bakıda çoxmərtəbəli binada yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

    Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    ***09:12

    Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

    Globalinfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

      Qeyd edilib ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

      Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.

      Əlavə məlumat veriləcək.

      X X X

      Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

      DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

      Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

      Nazirlikdən Globalinfo.az-a bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar.

      Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.

      Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

      Paylaş: