
Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın barədə məlumat yayıb.
FHN-dən Globalinfo.az-a verilən məlumata görə, yanğın nəticəsində binanın birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 750m² olan təsərrüfat malları saxlanılan anbarın yanar konstruksiyaları 230m² sahədə, ümumi sahəsi 830m² olan ondulindən ibarət dam örtüyü və taxta atmaları 600m² sahədə yanıb, yanğının mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib. Anbarın və dam örtüyünün qalan hissəsi, eləcə də mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
***13:41
Abşeron rayonu, Məmmədli kəndində yerləşən yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən tam söndürülüb.
Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.
***12:41
Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Globalinfo.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.
***10:48
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Globalinfo.az bildirir ki, bu barədə FHN məlumat yayıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.
Əlavə məlumat veriləcək.
X X X
Bakıda güclü yanğın başlayıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb.
Əlavə məlumat veriləcək.
