Bakıda beşmərtəbəli yaşayış binasında yanğın oldu

Bakı şəhərində yaşayış binasında yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə, 1 ədəd kondisioner və 1 ədəd televizor yanıb.

“Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 3 m² sahədə və hamam otağının 1 ədəd plastikdən ibarət qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.