Bakıda bayram namazı qılındı – YENİLƏNİB

Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, “Təzəpir” məscidində icra olunan dini ayin Hacı Şamil Rəsulovun imamətliyi ilə keçirilib.

Namazda sakinlər və bir sıra din xadimləri iştirak ediblər.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunur.

***09:00

Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, “Əjdərbəy” məscidində bayram namazı saat 08:00-da başlanıb.

Namazda əhali və bir sıra din xadimləri iştirak edir.

“Təzə Pir” məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban Bayramı 28-29 iyun tarixlərində qeyd olunur.