Bakıda atəşfəşanlıq keçiriləcək

Dekabrın 31-də saat 00.00-da Bakıda Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram atəşfəşanlığı keçiriləcək.

Globalinfo.az bildirir ki, artıq Dənizkənarı Milli Bulvarın ərazisində Saat qülləsinin yaxınlığında hazırlıq işlərinə başlanılıb.