Bakıda bağçada azyaşlıya şiddət göstərilib – VİDEO

bagca 1

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlıya şiddət göstərməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.

Globalinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli APA-ya açıqlamasında məsələyə münasibət bildirib.

O qeyd edib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, hadisə baş verən özəl uşaq bağçasının Nizami rayonu ərazisində yerləşdiyi bildirilir.