Bakıda avtoxuliqan taksi sürücüsü saxlanıldı – AÇIQLAMA

Bakıda taksi fəaliyyəti göstərən avtoxuliqanın saxlanılması ilə bağlı rəsmi açıqlama verilib.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Globalinfo.az-a bildirib ki, yol hərəkəti qaydasını pozduqdan sonra polisin qanuni “saxla” əmrinə tabe olmayan sürücü ardıcıl şəkildə qaydaları pozaraq hərəkətinə davam edib:

“Sürücünün saxlanılarkən spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qanuni tədbir görülüb.

DYP-nin xidməti avtomobilindən qeydə alınan görüntülərdəndə sürücünün hərəkətləri aydın görünür. Hər bir sürücü sükan arxasında olarkən məsuliyətini bilməli, özünün və ətrafdakı insanların həyat və sağlamlığına biganə yanaşmamalı, qanunun aliliyi prinsipini unutmamalıdır”.