Bakıda avtomobil qaçıranlar saxlanıldı – VİDEO

Xəzər rayonu Binə qəsəbəsində paytaxt sakini olan bir nəfərə məxsus “Chevrolet” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, polisin keçirdiyi tədbirlərlə avtomobilin paytaxt ərazisində idarə olunduğu və hərəkət trayektoriyası müəyyən edilib.

Təqib olunan avtomobil polislərdən yayınmağa çalışsa da, hadisəni törədən Bakı şəhər sakini əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 2001-ci il təvəlüldlü Namiq İsmayilov və həmin vaxt yanında olan daha bir qadın saxlanılıb. N.İsmayılovdan narkotik vasitə olan heroin də aşkarlanıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində araşdırmalar aparılır.