Bakıda avtobus piyadanı vurdu

Bakının Nəsimi rayonunda sərnişin avtobusu 34 yaşlı piyadanı vurub.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, 3-cü mikrorayon ərazisində 119 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu yolu keçən 1989-cu il təvəllüdlü Rəhmanov Rüstəm Məcnun oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.