Bakıda avtobus “Kamaz”la toqquşdu: ölən var

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Qubad Ələsgərov idarə etdiyi “Çinar”MMC-ə məxsus “Korsan” markalı xətt avtobusu hərəkətdə olarkən yolun kənarındakı “Kamaz”a çırpılıb.

Nəticədə sərnişin Adilə Əliyeva ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Adilə Əliyeva ölüb.

Araşdırma aparılır.