avtobus yandi

Bu gün səhər saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən “Meyvəli” bazarı istiqamətinə hərəkətdə olan “İVECO OTOYOL” markalı 90 LR 327 nömrə nişanlı avtobus yanıb.

Bu barədə Globalinfo.az-a Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

İlkin məlumata görə, yanğın avtobusun mühərrikində baş vermiş qısa qapanma səbəbindən yaranıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb. Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.

Qeyd olunan yolda hərəkət tam bərpa edilib.

Paylaş: