ates

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda atəşfəşanlıq keçirilib.

Globalinfo.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan sakinlər və şəhərin qonaqları böyük maraqla izləyiblər.

Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub.

Xalqımız 2025-ci ili yeni arzularla və qələbələr sorağı ilə qarşılayıb.

Paylaş: