66a2978aa9d5666a2978aa9d57172193165866a2978aa9d5366a2978aa9d55

Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, yol nəqliyyatı hadisəsi Gəncə prospektində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Hacızadə Ruslan Maarif oğlu iki yaşlı övladı Həsrət Hacızadə ilə birgə yolun əks tərəfinə keçərkən onları minik avtomobili vurub.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralıların həyatını xilas etmək mümkün olub.

Fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş: