Bakıda ana və qızı bıçaqlandı: Biri öldü – 14 yaşlı qızın görüntüsü yayıldı – FOTO

Fevralın 2-si saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində anasının qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən bıçaqlanaraq ölən 14 yaşlı qızın fotoları yayılıb.

Globalinfo.az xəbər verir ki, “Qafqazinfo” sözügedən fotonu əldə edib.

***09:35

Bakıda ana və qızı bıçaqlanıb, biri ölüb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 2-i saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.

Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.

Araşdırma aparılır.