qadin bicaq

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Şuşa şəhərciyində yaşayan 1985-ci il təvvəllüdlü Kazımova Səbirə Ələkbər qızı anası ilə mübahisə edib. Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb.

O, sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat edilib.

Hadisədə şübhəli bilinən 1957-ci il təvəllüdlü F.Vəliyeva saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Paylaş: