Bakıda ana azyaşlı övladı ilə birlikdə itkin düşdü

Bakıda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü İbrahimova Yeganə Kərəm qızı 6 yaşlı oğlu Abbasov Ayxan Orxan oğlunu yaşadığı evdən götürüb çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşmüş şəxslərin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.