Bakıda yol qəzasında xəsarət alan kişi xəstəxanada vəfat edib.
Globalinfo.az xəbər verir ki, fevralın 6-sı saat 05 radələrində Sabunçu qəsəbəsində 1996-cı il təvəllüdlü Bayramov Əli Fərman oğlunun idarə etdiyi “Mersedes” ilə 1991-cı il təvəllüdlü Əsgərov Eşqin Mahir oğlunun sürdüyü “Toyota Carolla” toqquşub. Nəticədə “Toyota”da olan sərnişin, 1955-ci il təvəllüdlü Həsənov Faiq Hüsü oğlu xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə aparılıb. Tibbi müdaxiləyə baxmayaraq o, vəfat edib.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Malik
Globalinfo.az