Bakıdakı yanğın söndürüldü – YENİLƏNİB

Yasamal rayonu, Mətbuat prospekti yaxınlığında açıq ərazidə baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunmuşdu.

***15:10

Bakıda açıq ərazi yanır.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.