Bakıda 75 manata satılır, Tiflisdə 11 manata… – FOTOLAR

Bakıdakı apteklərdə bir qutusu 75 manat 66 qəpiyə olan dərmanın iki qutusu Türkiyədə 150 lirəyə (13 manat 68 qəpik) satılır.

Globalinfo.az xəbər verir ki, bu sözləri jurnalist Mahir Məmmədli qeyd edib.

O bildirib ki, Bakıdakı apteklərdə satılan dərmanlar həddindən artıq bahadır.

“Paytaxtımızda bir qutu dərmana verəcəyimiz pulla qonşu ölkələrdə, təxminən, 4-5 qutu dərman almaq mümkün olur. Yaxın vaxtlarda həmin dərmanın bir qutusunu Tiflisdən 11 manata almışdım”, – M.Məmmədli vurğulayıb.

Qeyd edək ki, ölkədə dərmanların həddindən artıq baha satılması tez-tez müzakirə olunur. Artıq millət vəkilləri də sözügedən məsələ ilə bağlı tənqidi fikirlər səsləndirirlər.

Zaira Akifqızı
Globalinfo.az