Bakıda 6 avtomobil toqquşub, xəsarət alan var – FOTO

Bakının Nərimanov rayonunda bir neçə avtomobil qəzaya uğrayıb.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobili idarə edən sürücü əvvəlcə nəqliyyat vasitəsini “Ford” markalı yük maşınına çırpıb. “Ford” markalı avtomobil “Renault”ya, 2 “Mercedes”ə və “Honda”ya çırpılıb. Qəza nəticəsində avtomaşınlara ciddi zərər dəyib. 6 avtomobilin toqquşması zamanı 1 nəfər xəsarət alıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.