doyulme 61573112569

Bakıda döyülərək xəsarətlər yetirilən 35 yaşlı qadın polisə müraciət edib.

Globalinfo.az xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü Sevil Cəfərova tanımadığı şəxsin hücumuna məruz qalıb. O, müxtəlif dərəcəli xəsarətlər alıb və yanvarın 18-də tibbi yardıma müraciət edib.

Döyülən qadın ona kimin tərəfindən xəsarət yetirildiyini bilmədiyini deyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Malik

Globalinfo.az

Paylaş: