Bakıda 35 yaşlı kişi 16 mərtəbəli binadan özünü atdı

Bakıda intihar hadisəsi olub.

Globalinfo.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib. 35 yaşlı Həsən Yusif oğlu Heydərov 16 mərtəbəli binanın damından özünü ataraq, həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etməsi hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.