Bakıda 28 yaşlı oğlan itkin düşdü

Bakıda 28 yaşlı oğlan itkin düşüb.

Globalinfo.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə payxtaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qeydə alnııb.

Orada yaşayan, 28 yaşlı Ceyhun Əlizadə iyulun 25-də yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi barədə yaxınları polisə məlumat veriblər.

Hazırda C.Əlizadənin axtarışları davam etdirilir.