mehkeme

Bakının Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kosayevi güllələyərək qətlə yetirməkdə təqsirləndirilən 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə Globalinfo.az-ın sorğusuna cavab olaraq Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

firad 1

Firad Əliyev

Onun sözlərinə görə, Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev İsmayıl İbrahim oğluna Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Paylaş: