Bakıda 2 nəfərin meyiti tapıldı

Bakıda müxtəlif ünvanlarda 2 nəfərin meyiti tapılıb.

Globalinfo.az xəbər verir ki, Nəsimi rayonu Cavadxan küçəsi 31 ünvanının qarşısında 1965-ci il təvəllüdlü Mikayil Anatoliyeviç Ostrovvetskiyin meyiti tapılıb.

Bundan başqa Pirallahı adasında yerləşən evdə Qazax sakini, 1962-ci il təvəllüdlü Elşən Cahangir oğlu Həsənovun meyiti aşkar edilib.

Meyitlər üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

Hər iki fakt üzrə araşdırma aparılır.

Malik
Globalinfo.az