Bakıda 16 yaşlı qız itkin düşdü

Bakıda 16 yaşlı qız itkin düşüb.

Globalinfo.az xəbər verir ki, Binəqədi kəndi, 1-ci Mədən, korpus 10, ev 106 “A” ünvanında yaşayan 1974-cü il təvəllüdlü Zaur Abbasov martın 16-da polisə müraciət edib.

Onun sözlərinə görə, 2008-ci il təvəllüdlü qızı Aişə Abbaslının yaşadığı evdən çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayaraq itkin düşüb.