add

Bakının Pirşağı bələdiyyəsinin ərazisində yerləşən “Dördüncü Sovxoz” yaşayış məntəqəsinin adının dəyişdirilməsi məsələsi Milli Məclisdə müzakirə olunub. Deputat Fazil Mustafa bu adı müstəqil dövlətin mahiyyətinə uyğun olmadığını, dəyişdirilməli olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Fazil Mustafanın bu təklifinə deputat Siyavuş Novruzov cavab verib.

O bildirib ki, 15 min nəfərin yaşadığı bu ərazinin adının dəyişdirilməsi sadəcə sənəd üzərində ad dəyişdirmək kimi qəbul edilməməlidir və böyük həcmdə pul tələb olunur:

“Təsəvvür edin, 15 min nəfərin şəxsiyyət vəsiqəsindəki məlumatların dəyişdirilməsi tələb olunur. Bununla yanaşı, həmin şəxslərin küçə ünvanları, qaz, işıq, su və digər xidmətlər üzrə ünvan məlumatları da yenilənməlidir. Bütün bunlar əlavə xərc və inzibati yük yaradır, dövlət büdcəsindən vəsait ayrılmasını tələb edə bilər.

Ona görə də hər hansı adın dəyişdirilməsi sadəcə lövhənin və ya möhürün yenilənməsi demək deyil. Bu proses müxtəlif qurumların sənədlərində və məlumat bazalarında müvafiq dəyişikliklərin aparılmasını da tələb edir. Bu səbəbdən məsələyə hərtərəfli yanaşmaq, qərar qəbul edərkən onun yaratdığı əlavə xərcləri və praktiki çətinlikləri nəzərə almaq lazımdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: