Bakıda 1 aylıq körpə ürəyindən əməliyyat edildi

Bakıda Rüfət adlı 1 aylıq  körpə ürəyindən əməliyyat edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın Baş həkimi, tanınmış ürək-damar cərrahı, professor Kamran Musayev sosial şəbəkə hesabında məlumat verib.

Baş həkim bildiirb ki, körpə mürəkkəb anadangəlmə ürək qüsuru ilə doğulub (TAPVR – Total anormal pulmonar venoz dönüş) və obstruktiv tipli olduğuna görə təcili əməliyyata götürülüb.

Hazırda körpənin vəziyyətinin yaxşı olduğu və evə buraxıldığı qeyd edilib.

Zaira Akifqızı
Globalinfo.az