Bakı Zooloji Parkında “ad günü” – FOTOLAR

Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub.

Globalinfo.az xəbər verir ki, parkın qayğıkeş işçilərindən ibarət xüsusi komanda ayı üçün dondurma-tort ilə sürpriz etmək qərarına gəliblər və meyvə, giləmeyvələrdən ibarət, ləzzətli dondurma təbəqəsi ilə örtülmüş qeyri-adi bir tort hazırlayıblar.

Bu ad günü insanların və heyvanların arasında qırılmaz bağın olduğunu göstərdiyi üçün həm ziyarətçilər, həm də ayı üçün xüsusi bir ad günü olub.