Konfliktoloq: Bakı Zəngəzur dəhlizinin əvəzinə bunu istəyə bilər

Bakı üçün hazırda vacib olan odur ki, Qarabağ məsələsi tamamilə bağlansın”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni konfliktoloq Artur Martirosyan çıxış edib.

“Proses şəffaf deyil deyə biz bu və ya digər razılaşmalar barəsində bilmirik. Məsələn, Azərbaycan deyir ki, Zəngəzur dəhlizi məsələsinə sülh müqaviləsində baxılmayacaq. Biz bilmirik ki, o bunun qarşılığında nə alıb. Burada yalnız təxminlər irəli sürə bilərik.

Azərbaycanın bu addıma nəsə almadan getməsi inandırıcı deyil. Zəngəzur dəhlizinin qarşılığında Bakı Qarabağ məsələsinin birdəfəlik bağlanması vədini ala bilər. Bu o deməkdir ki, ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılmayacaq”, –  A.Martirosyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az