xankendi yeni1

“Erməni tərəfi indiki məqamda Azərbaycan TIR-larını Xankəndiyə buraxmayacaq”.

Bu sözləri Globalinfo.az-a politoloq Turab Rzayev deyib.

turab rzayev

Turab Rzayev 

Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunda ermənilər barikadalar qurub, ərazini tikanlı məftillərlə bağlayırlar:
“Bu, separatçıların müqavimət göstərəcəyi, hətta təxribatların olma ehtimalından xəbər verir. Separatçılar heç bir halda yolun açılmasını istəmirlər. Tələbləri isə Laçın yolunun açılması və humanitar yüklərin bu yolla Xankəndiyə gətirilməsidir.

Hesab edirəm, Azərbaycan bu təklifi qəbul etməyəcək. Rəsmi Bakı prosesin əvvəlindən deyib ki, humanitar yüklər yalnız Ağdam-Xankəndi yolu ilə daşına bilər. Mümkündür ki, yolun açılması üçün rəsmi Bakı hərəkətə keçsin. Gec-tez bu baş verəcək.

Hazıda psixoloji mübarizənin şahidi oluruq. Hansı ki, tərəflər bir-birinin səbrini sınayır. Bu mübarizədə daha səbirli və təmkinli olan tərəf qələbə qazanacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: