Moskva və Bakı Rusiya vətəndaşlarının öz ölkələrinə tez bir zamanda qayıtmasını təmin etmək üçün dialoq aparır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Rusiya mediası Zaxarovanın sözlərindən sitat gətirib:
“Rusiya vətəndaşlarının ölkələrinə tez bir zamanda qayıtmasını təmin etmək üçün iki ölkənin müvafiq nazirlikləri arasında mahiyyəti üzrə dialoq aparılır. Bəzi jurnalistlərimizin Rusiyaya qayıtdığını artıq bildirmişik. “Sputnik-Azərbaycan” informasiya agentliyinin rəhbəri İqor Kortavıx oktyabrın 19-da, baş redaktor Yevgeni Belousov isə oktyabrın 25-də qayıdıb”, – Zaxarova vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda Bakının Səbail Rayon Məhkəməsi istintaq orqanları tərəfindən Azərbaycanda saxlanılan Rusiya vətəndaşları ilə bağlı verilən vəsatətə baxıb. Məhkəmə onların həbs müddətini daha üç ay uzadıb.
Əliyar Xəlil