Bakı və İrəvanla birgə işləmək istəyirik – Toivo Klaar

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox vaxt almayacağını düşünür.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, o, bu barədə “Azututyan” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, sülh razılaşmasının tez əldə edilməməsinin bir neçə səbəbi ola bilər:

“Amma məndə olan məlumata görə, proseslər müxtəlif istiqamətlərdə elə gedir ki, lazımi nəticəyə gəlmək üçün siyasi iradə olan yerdə elə də çox vaxt lazım olmayacaq. Biz bunun üçün Bakı və İrəvanla birgə işləmək istəyirik”, – o bildirib.

Diplomat Aİ-nin regiondakı normallaşma prosesini dəstəklədiyini diqqətə çatdırıb.